Avstraliyanın baş naziri Entoni Albanese, Ukraynaya əlavə 32,5 milyon dollar ayırmaqla yardımın həcmini artıracağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Hökumət aparatının rəhbəri Ukraynaya silah və müdafiə avadanlığının alınması üçün 50 milyon Avstraliya dolları (təxminən 32,5 milyon dollar) yardım ediləcəyini bildirib.
Avstraliyanın baş naziri həmçinin qeyd edib ki, Kanberranın Kiyevə göndərdiyi maliyyə və hərbi yardımın ümumi həcmi 960 milyon Avstraliya dollarını (625 milyon dollar) ötür. Bu məbləğin 780 milyon Avstraliya dollarından çoxu (təxminən 510 milyon dollar) silahların alınmasına xərclənib.
Bundan əlavə, Albanese xatırladıb ki, Kiyevə yardım çərçivəsində Avstraliya Müdafiə Departamenti Ukrayna Silahlı Qüvvələrini kəşfiyyat məlumatları ilə təmin etmək üçün E-7 Wedgetail uzun mənzilli radar aşkarlayan və idarə edən təyyarə göndərib, həmçinin 100-dən çox hərbi təlimatçı yerləşdirib.