Mbappe ilə PSJ rəhbəri arasında söhbətin təfərrüatları məlum olub

02:20 - 16 Fevral 2024 - İDMAN

PSJ-nin prezidenti Nasser Al-Xelaifi fransalı hücumçu Kilian Mbappenin Paris klubundan ayrılmaq qərarına gəlməsinə təəccüblənsə də, futbolçunun bu qərarı ona şəxsən bildirməsindən məmnundur.

Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport nəşri yazıb.

Klub rəhbəri fərqli qərar gözləsə də, futbolçunun yenə də komandadan ayrılacağını qəbul edib. Mbappe ilə danışdıqdan sonra əl sıxıblar və nəticədə cərimə olmayacaq. Bildirilib ki, bu, bir-birinə çox hörmət edən iki insanın söhbəti olub.

Xəbər xətti