ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailə səfər edib və burada ölkənin baş naziri Binyamin Netanyahu və İsrail kəşfiyyat xidmətinin Mossad rəhbəri David Barnea ilə danışıqlar aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, İsrailin hərbi kabineti HƏMAS-ın Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı razılaşma ətrafında vəziyyəti müzakirə edəcək.