Hindistanda fermerlər ümummilli tətil keçirəcəklər

20:23 - 15 Fevral 2024 - DÜNYA

Hindistanda yürüş keçirən fermerlər cümə günü ümummilli tətilə çağırıblar.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq bəyanatla etiraz edən fermerlərin liderlərindən biri Rakeş Tikait çıxış edib.

Onun sözlərinə görə, etirazın yeni konsepsiyası ondan ibarətdir ki, fermerlər tarlalara çıxıb işləməsinlər, iqtisadiyyatın bir sıra digər sahələrinin fəhlə və qulluqçuları da aksiyaya qoşulacaq. 

Tətil səhər saat 6-dan axşam 4-ə qədər keçiriləcək və nəqliyyatın, kənd təsərrüfatı sektorunun və ticarətin işini pozacaq. Etiraz aksiyası çərçivəsində alqı-satqı həyata keçirilməyəcək. Tikait magistral yolun bağlanmayacağını söyləsə də, kütləvi yol blokadaları planlaşdırılır.

Xəbər xətti