Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 90-a çatıb

17:21 - 15 Fevral 2024 - DÜNYA

Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 90-a çatıb, daha 37 nəfər isə hələ də itkin sayılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.

Məlumata görə, fevralın 12-də 68 ölüm halı qeydə alınıb. Həmin vaxt 51 nəfər itkin düşənlər siyahısına salınmışdı.

İlkin əməliyyata təxminən 9 hektar ərazidə yüzlərlə insan və ağır texnika cəlb olunub.

Bir neçə min sakin sürüşmədən sonra evlərini tərk etmək məcburiyyətində qalıb və hazırda təxliyə mərkəzlərindədir.

Xəbər xətti