Fermerlər Avropa Komissiyasının ofisinə yumurta atıblar

16:16 - 15 Fevral 2024 - DÜNYA

Polşalı fermerlər ölkənin cənub-qərbindəki Vroslav şəhərinin mərkəzində keçirilən nümayişdə Avropa Komissiyasının (AK) ofisinin binasına yumurta atıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Məlumata görə, fermerlər səhər saatlarında şəhərin mərkəzində, AK-nin ofisinin yerləşdiyi Vidocq küçəsində toplaşıblar. Təşkilatçıların sözlərinə görə, aksiyada ən azı 1 min nəfər iştirak edib. Etiraz edən fermerlər təkərləri yandırdılar, fişəngləri partlatdılar, həmçinin AK-nin ofis binasına yumurta atdılar.

Nümayişin başlanmasından bir neçə dəqiqə sonra təşkilatçılar aksiyanın saat 17:00-a (Moskva vaxtı ilə 19:00) qədər davam edəcəyi barədə əvvəlcədən bildirilmiş planlara baxmayaraq, onun başa çatdığını elan ediblər. Bununla belə, Polşa mediasının məlumatına görə, şəhərdə Avropa Birliyinin 2050-ci ilə qədər karbon emissiyasını sıfıra endirməyi nəzərdə tutan Yaşıl Sövdələşmə strategiyasına qarşı nümayişlər davam edir.

Xəbər xətti