Gürcüstanın hakim partiyası seçki kampaniyasına başlayır

16:13 - 15 Fevral 2024 - DÜNYA

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 2024-cü il oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinin mart ayında keçirilməsi üçün hazırlıqlara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə partiyanın sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili brifinqdə məlumat verib.

Siyasətçi bir daha xatırladıb ki, hakim partiyanın məqsədi seçkilərin nəticələrinə görə parlamentdə konstitusiya çoxluğu əldə etməkdir və bu, Gürcüstan qanunlarına görə, 150 deputatdan ən azı 113-ü təşkil edir.

Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.

Xəbər xətti