Şolz və Zelenski Berlində təhlükəsizlik sazişi imzalaya bilər

15:44 - 15 Fevral 2024 - DÜNYA

 Almaniya kansleri Olaf Şolz və Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Berlinə səfəri zamanı ikitərəfli təhlükəsizlik sazişi imzalaya bilərlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Zelenskinin Şolzla görüşünü təsdiqləyib. Eyni zamanda, Zelenskinin Fransaya səfəri zamanı olduğu kimi, ikitərəfli təhlükəsizlik sazişinin də imzalanacağı gözlənilir.

Zelenski həmçinin 60 illik yubiley Münhen Təhlükəsizlik Konfransında (fevralın 16-dan 18-dək keçiriləcək) çıxış edəcək. Bu, onun 2022-ci ilin fevralından bəri Almaniyaya ikinci səfəri olacaq.

Xəbər xətti