Qırğızıstan və Çin sərhədində üç zəlzələ baş verib

15:11 - 15 Fevral 2024 - DÜNYA

Qırğızıstan-Çin sərhədi yaxınlığında silsilə üç yeraltı təkan baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, yerli vaxtla saat 09:41-dən 12:28-dək Çinin sərhədyanı rayonlarında maqnitudası 4,0-5,0 olan üç təkan qeydə alınıb.

Onlardan ikisi Qırğızıstan ərazisində hiss olunmayıb. Üçüncü, Qırğızıstanın Bedel kəndində zəlzələnin intensivliyi 3,0 bal, Yştak kəndində isə 2,5 bal olub.

Xəbər xətti