ABŞ ordusu fevralın 14-də Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarına məxsus gəmi əleyhinə qanadlı raketlərə və pilotsuz təyyarələrə qarşı dörd zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“ABŞ Mərkəzi Komandanlığı Yəmənin Husilərin nəzarətində olan ərazilərində yeddi gəmi əleyhinə qanadlı raket, üç pilotsuz uçuş aparatı və bir partlayıcı yüklü pilotsuz suüstü vasitəsinə qarşı dörd özünümüdafiə zərbəsini uğurla həyata keçirib”, - məlumatda bildirilir.