ABŞ-ın Yaponiyada yerləşən dəniz piyadaları birgə təlimlərdə iştirak etmək üçün fevralın 11-də Koreya Respublikasına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasındakı Amerika hərbi kontingenti (USFK) məlumat yayıb.
Məlumata görə, bu təlim Koreya yarımadasında Koreya Respublikası Dəniz Piyadaları Korpusu ilə birgə keçirilən davamlı, illik təlimdir. Hərbçilər Okinavada yerləşən ABŞ-ın Üçüncü Dəniz Ekspedisiya Qüvvələrinə aiddir.
Taktiki əməkdaşlığın və müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş müxtəlif təlim tədbirləri, o cümlədən döyüş sursatları ilə manevrlər, döyüş hazırlığı sınaqları, havadan dəstək təlimləri, ekspert görüşləri nəzərdə tutulub.