NATO ölkələri Kiyevə yeni hərbi təchizatların verilməsi üçün artıq 10 milyard dollarlıq müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasına gələrkən deyib.
“Mən NATO ölkələrinin daha çox yardım, daha çox hava hücumundan müdafiə sistemi, daha çox sursat göndərməsini alqışlayıram, Avropa İttifaqının 50 milyard avro ayırmaq qərarını alqışlayıram və ABŞ Konqresinin Ukraynaya dəstək paketi üzrə razılığa gəlməsini gözləyirəm" - deyə Stoltenberq bildirib.