Ötən gecə İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinə zəng edərək Qəzza zolağında hərbi əməliyyatın gedişatı barədə məlumat verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər İsrail və Livan sərhədindəki vəziyyəti də müzakirə ediblər.
Qalant Qəzza zolağındakı fəaliyyəti və əməliyyat nailiyyətləri, o cümlədən iki girovun azad edilməsi üzrə uğurlu əməliyyat haqqında məlumat verib. Bununla əlaqədar nazir Qalant hərbi əməliyyatların davam etdirilməsinin vacibliyini vurğulayıb.