İspaniyada fevralın 6-da ölkənin müxtəlif bölgələrində başlayan fermer etirazları zamanı azı 40 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Europa Press agentliyi məlumat yayıb.
Bildirilir ki, nümayişlər zamanı fermerlər tez-tez traktorlardan istifadə edərək yerli magistral yollarda hərəkəti dayandırırlar. Etirazçılar həmçinin bir neçə limana girişi bağlayıblar. Bəzən etirazlar fermerlərlə polis arasında toqquşmalara çevrilib.
Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışır, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar.