Vaşinqton polisi 3 polis əməkdaşının yaralanması ilə nəticələnən atışmada şübhəli bilinən şəxsi saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kolumbiya Metropolitan Dairəsinin Polis Departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, polis heyvanlara qarşı amansızlıqda şübhəli bilinən 46 yaşlı Culius Ceymsi saxlamaq üçün çərşənbə günü səhər paytaxtının cənub-şərqindəki evə gəlib. Həmin şəxs hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, sonra isə özünü barrikada qurub. Atışma nəticəsində 3 polis əməkdaşı yaralanıb.
Şübhəli şəxslə danışıqlar bir neçə saat davam edib, bundan sonra şəxs səlahiyyətlilərə təslim olub.