İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyini və orada hərbi əməliyyata başlamazdan əvvəl humanitar yardıma çıxışı təmin etməlidir
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"Mülki sakinlərin müdafiəsi üçün etibarlı və həyata keçirilə bilən plana ehtiyac olduğunu açıq şəkildə bildiririk. Biz İsraili günahsız insanların təkcə fiziki cəhətdən müdafiə olunmamasını, həm də humanitar yardıma çıxış imkanlarını təmin edərkən Rafahda necə hərbi əməliyyat keçirə biləcəyini düşünməyə çağırırıq" - Sallivan mətbuat konfransında deyib.