İsrail Rəfah mülki sakinlərinin təhlükəsizliyini təmin etməlidir - Sallivan

00:33 - 15 Fevral 2024 - DÜNYA

İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyini və orada hərbi əməliyyata başlamazdan əvvəl humanitar yardıma çıxışı təmin etməlidir

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Mülki sakinlərin müdafiəsi üçün etibarlı və həyata keçirilə bilən plana ehtiyac olduğunu açıq şəkildə bildiririk. Biz İsraili günahsız insanların təkcə fiziki cəhətdən müdafiə olunmamasını, həm də humanitar yardıma çıxış imkanlarını təmin edərkən Rafahda necə hərbi əməliyyat keçirə biləcəyini düşünməyə çağırırıq" - Sallivan mətbuat konfransında deyib.

Xəbər xətti