ABŞ İranla əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib

00:25 - 15 Fevral 2024 - DÜNYA

ABŞ Maliyyə Nazirliyi üç fiziki və dörd qurumu Amerika malları və texnologiyalarının İrana ixracına görə İranın sanksiyalar siyahısına daxil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlığının açıqlamasında deyilir.

“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi 20-dən çox ABŞ şirkətinin İrandakı son istehlakçılara mal və texnologiyanın qeyri-qanuni ixracını asanlaşdıran bir satınalma şəbəkəsinə İran Mərkəzi Bankı da daxil olmaqla sanksiyalar tətbiq etdi”, -açıqlamada deyilir.

Sanksiyalara İrandan iki və BƏƏ-dən bir şəxs, həmçinin İran Mərkəzi Bankı ilə əlaqəli olan İran, BƏƏ və Türkiyədəki şirkətlər daxildir.

Amerika hakimiyyət orqanlarının məlumatına görə, İran Mərkəzi Bankının aldığı mal və texnologiyalar arasında informasiya təhlükəsizliyi ilə bağlı maddələr də olub.

Xəbər xətti