WTI markalı xam neftin mart fyuçerslərinin qiyməti Londonun ICE birjasında fevralın 13-dən bəri ilk dəfə bir barel üçün 77 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, WTI markalı neftin bir barelinin qiyməti 1,16% azalaraq 76,95 dollar olub.
Eyni zamanda, Brent markalı neftin aprel fyuçersləri 1,03% ucuzlaşaraq bir barel üçün 81,81 dollar olub.