Ukrayna hakimiyyəti Münhen Təhlükəsizlik Konfransına getməyi planlaşdıran eks-prezident Pyotr Poroşenkonun ölkəni tərk etməsini yenidən rədd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın keçmiş dövlət başçısının “Avropa Həmrəyliyi” partiyasından olan deputatı İvanna Klimpuş-Tsintsadze bildirib.
Klimpuş-Tsintsadzenin sözlərinə görə, Radanın sədri Ruslan Stefançuk parlamentdə görüş zamanı partiya üzvlərinə qadağa barədə məlumat verib.
"Təəssüf ki, təfərrüatlar və spikerin bunun niyə baş verdiyinə dair arqumentləri sadəcə olaraq heç bir reallıq sınağına və ya heç bir əsaslandırmaya tab gətirmir" - deputat deyib.
Poroşenko öz növbəsində hesab edir ki, onun ölkəni tərk etməsinə qadağa qoyulması qərarı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Stefançuka verdiyi açıqlamadan sonra verilib.