Kanada hakimiyyəti Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün 44 milyon dollar ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Kanadanın milli müdafiə naziri Uilyam Bleyer bu qərarı Brüsseldə Ukrayna üzrə təmas qrupunun iclasında açıqlayıb.
Agentliyin qeyd etdiyi kimi, vəsait Ukraynanın hava qüvvələrinin potensialını gücləndirmək üçün koalisiya tərəfindən alınacaq.
Vəsait F-16-ların və lazımi avadanlıqların, eləcə də ehtiyat hissələrinin və sursatların tədarükünə yönəldiləcək.