ABŞ Yəmənə yenidən zərbə endirib
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Mərkəzi Komandanlığının məlumatına görə, hədəf husilərə məxsus ballistik raket olub.
Bildirilir ki, CENTCOM qüvvələri özünümüdafiə məqsədi ilə Yəmənin Husilərin nəzarətində olan ərazilərində Qırmızı dənizdə gəmilərə atılmağa hazır olan mobil gəmi əleyhinə qanadlı raketə uğurla zərbə endirib.