Keçən il ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq bu ilin yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.