"Thai Airways International" 2027-2033-cü illər arasında öz hava limanını təmin etmək üçün 45 "Boeing" təyyarəsi sifariş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri məlumat yayıb.
"Uzun müddətli təyyarələrin əldə edilməsi planı çox vacibdir, çünki icarə müddəti bitən və köhnəlmiş təyyarələrin tədricən dəyişdirilməsi zərurəti ilə üzləşirik", - Tailand aviadaşıyıcısının bəyanatında deyilir.
Sövdələşmənin ümumi dəyəri açıqlanmayıb, onun həyata keçirilməsindən sonra şirkətin aviaparkı 96 təyyarəyə çatacaq.