Türkiyə polisi Ərzincan əyalətinin şərqində qızıl mədənində baş verən çökmə ilə bağlı aparılan istintaq çərçivəsində 4 nəfəri saxlayıb.
Ucnoqta.az TRT-yə istinadən xəbər verir ki, saxlanılanlar arasında sahənin bilavasitə müdiri də var.
Bildirilir ki, 9 şaxtaçı dağıntılar altında qalıb. Hələlik onlarla əlaqə saxlamaq və vəziyyətlərini öyrənmək mümkün olmayıb.
Bir neçə saniyə ərzində 10 milyon tona yaxın torpağın çökdüyü bildirilir.