İranın Çeharmehal və Bəxtiyariya əyalətlərində magistral qaz kəməri xəttində baş verən partlayış təxribatdır.
Ucnoqta.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Oudci Nazirlər Kabinetinin iclasından əvvəl jurnalistlərə deyib.
“Bu təxribat bu gün səhər saat bir radələrində magistral qaz kəmərinin iki və ya üç hissəsində həyata keçirilib. Elə ilk saatlarda hadisənin nəticələrinin lokallaşdırılması üçün müşavirə keçirilib" - nazir deyib. Onun sözlərinə görə, partlayış nəticəsində ölən olmayıb.
Bundan əvvəl Mehr agentliyi Borujen şəhərində magistral qaz kəmərində partlayış və ardınca yanğın barədə məlumat vermişdi.