Yaponiyanın yeni H3 daşıyıcı raketinin ikinci buraxılışı fevralın 17-də Taneqaşima buraxılış mərkəzindən baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi məlumat yayıb.
İlkin olaraq buraxılış fevralın 15-nə planlaşdırılırdı, lakin pis hava şəraiti səbəbindən onun vaxtı gecikdi.
İlk H3-ün buraxılışı 2023-cü ilin martında baş tutub.