Şimali Koreya Yapon dənizinə doğru qanadlı raketlər buraxıb

07:28 - 14 Fevral 2024 - DÜNYA

Şimali Koreya ölkənin şərq sahillərindən Yapon dənizinə doğru bir neçə raket ataraq qanadlı raketləri sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən Yonhap xəbər agentliyi məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Pxenyan raketləri yerli vaxtla saat 9:00 radələrində buraxıb. Raketlər Şimali Koreyanın Vonsan şəhərinin ərazisində, kəndin şimal-şərqində aşkar edilib.

Bu, bu il KXDR tərəfindən beşinci qanadlı raket buraxılışı olub

Lakin Şimali Koreyanın bu dəfə istifadə etdiyi raketlərin sayı açıqlanmır.

Xəbər xətti