ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevralın 13-də xəstəxanadan buraxılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.
"Biz nazir Ostinin bu gün xəstəxanadan çıxacağını gözləyirik" - Sabrina deyib.
Sinq əlavə edib ki, Ostin fevralın 14-də Brüsseldə Ukrayna üzrə təmas qrupunun iclasında iştirak etməyi planlaşdırır.