ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasını daha əvvəl Senat tərəfindən təsdiqlənmiş Ukraynaya yardım haqqında qanun layihəsini dəstəkləməyə çağırıb
Ucnoqta.az xəbər verir ki, Amerika lideri Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.
"Nümayəndələr Palatasının hərəkətə keçməsinin və bu ikitərəfli qanun layihəsini dərhal mənim masama göndərməyin vaxtıdır ki, imzalayım" - Bayden deyib.
Amerika liderinin sözlərinə görə, bu təşəbbüs ölkənin milli təhlükəsizlik maraqlarının irəliləməsi üçün kritik əhəmiyyətə malikdir.
Qeyd edək ki, Ukrayna və İsrailə 95 milyard dollarlıq yardım layihəsi Senatda prosedur səsverməsindən keçib.