Suriyanın şərqində, Deyr əz-Zor əyalətində, Amerika hərbçilərinin nəzarətində olan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücum edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, obyektə bir neçə raket atılıb. Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.
Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilmir.