Bakıda məktəb direktoru ailəsi ilə birlikdə qətlə yetrildi - FOTO

17:49 - 13 Fevral 2024 - ÖLKƏ İÇİ

Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub.

Ucnoqta.az xəbər verir ki, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbə rəhbərlik edib.

Qeyd edək ki, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.///mətbuat

Xəbər xətti