Polşa və Ukrayna sərhədindəki Rava-Ruska-Chrebiene keçid məntəqəsi ərazisində ağır yük maşınlarının növbəsi polşalı fermerlərin blokadası səbəbindən 12 km-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Məlumata görə, bu keçid məntəqəsində Ukraynaya daxil olmaq üçün Polşa tərəfində növbə yaranıb. Bundan başqa, “Medyka-Şeqini” keçid məntəqəsində Ukraynaya daxil olmaq üçün yük maşınlarının növbəsi 11 km-dir.