Bu ölkənin müdafiə naziri təcili xəstəxanaya yerləşdirildi

12:47 - 13 Fevral 2024 - DÜNYA

İtaliyanın müdafiə naziri Guido Crosetto ürəyin xarici qişasının iltihabı (perikardit) şübhəsi ilə təcili olaraq Romada xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, dünən gecə şiddətli sinə ağrısı şikayəti ilə təcili yardıma gəlib.

60 yaşlı nazir bütün lazımi analizlərdən keçib, diaqnoz dəqiqləşdirilir.

O, İtaliya hökumətinin əsas fiqurlarından biri hesab olunur.

Xəbər xətti