Çin hakimiyyəti İsraili Qəzza zolağında Misirlə sərhəddə yerləşən Rəfah şəhərində hərbi əməliyyatı dayandırmağa çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Çin Xarici İşlər Nazirliyi “hərbi əməliyyatı mümkün qədər tez dayandırmağa, günahsız mülki insanlar arasında itkilərin qarşısını almaq üçün bütün səyləri göstərməyə və Rəfah bölgəsində daha ciddi humanitar fəlakətin qarşısını almağa” çağırıb.