Hindistanlı fermerlər etiraz yürüşünə başlayıblar

10:29 - 13 Fevral 2024 - DÜNYA

Hindistanın mərkəzi Pəncab, Haryana və Uttar Pradeş əyalətlərindən olan fermerlər hakimiyyətlə danışıqlardan sonra Yeni Dehliyə müavinət tələbi ilə böyük etiraz yürüşü keçirmək niyyətlərindən əl çəkməyiblər və paytaxta yürüşə başlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Hindistan hökumətinin nümayəndələri ilə beş saat davam edən və gecə saatlarında başa çatan görüşün nəticələri kənd təsərrüfatı işçilərini qane etməyib. Burada respublikanın Kənd Təsərrüfatı Nazirliyinin və Sənaye və Ticarət Nazirliyinin rəhbərləri Arjun Munda və Piyuş Göyal iştirak ediblər. Nəticədə müəyyən razılaşmalar əldə olunsa da, fermerlərin əsas tələbi - gələcək məhsul üçün minimum dəstək qiymətlərinə (MSP) zəmanət verən qanunun qəbulu ilə bağlı konsensus əldə olunmayıb.

Xəbər xətti