Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında bir gündə ikinci kül emissiyası qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Telegram kanalında məlumat verilib.
Bildirilir ki, Ebeko vulkanı dəniz səviyyəsindən 2,5 km yüksəkliyə kül atıb.
Bundan əvvəl, fevralın 13-də 3 km-lik partlayış qeydə alınmışdı. Vulkanik fəaliyyət yerli hava nəqliyyatı üçün təhlükə yaradır.