XİN rəhbəri təyyarədəki nasazlığa görə ölkəsinə qayıda bilmədi

07:16 - 13 Fevral 2024 - DÜNYA

Xarici işlər naziri Yoko Kamikava Sakit okean ada ölkələrinin liderləri ilə görüşdə iştirak etdiyi Ficidə çarter təyyarəsindəki nasazlığa gprə iş qrafikini dəyişmək məcburiyyətində qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Təyyarə ilə bağlı problemlərə görə Ficidə səfərdə olan nazir Kamikava yalnız bu axşam Yaponiyaya uça biləcək. Mən o qayıdana qədər onun müvəqqəti müavini kimi fəaliyyət göstərməyə davam edəcəyəm", - o deyib.

Xarici işlər nazirliyinin rəhbəri fevralın 12-də axşam saatlarında Yaponiyaya qayıtmalı idi.

Xəbər xətti