Fələstin İsrailin Rəfaha endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib
Ucnoqta.az xəbər verir ki, Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur İsrail ordusunun Qəzza zolağının Rəfah şəhərinə endirdiyi zərbələrlə əlaqədar təşkilatın Təhlükəsizlik Şurasına göndərdiyi məktubda müharibə cinayətləri və soyqırımı dayandırmağa çağırıb.
Döyüşlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan mülki şəxslərin Rəfaha sığındıqları qeyd edilir.
Al Mayadeen telekanalının məlumatına görə, partlayışlar nəticəsində 100 nəfər həlak olub, 230-dan çox insan yaralanıb.