Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb

18:54 - 12 Fevral 2024 - DÜNYA

Filippinin cənubundakı Davao Qolden əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb, daha 51 nəfər isə hələ də itkin sayılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.

Yerli hakimiyyət orqanları həlak olanların cəsədlərinin axtarışının davam etdiriləcəyini bildirir. Xilasedicilər torpaq sürüşməsindən demək olar ki, bir həftə sonra artıq insanları sağ tapacağını gözləmirlər. Sonuncu sağ qalan fevralın 9-da dağıntılar altından çıxarılan üç yaşlı qız olub. Uşaq 60 saata yaxın torpaq kütləsi altında qalıb.

Təxminən 9 hektara yaxın ərazidə aparılan axtarışlara yüzlərlə insan və ağır texnika cəlb olunub. Sürüşmənin hündürlüyü 30-50 metr ola bilər.

Fevralın 6-da yerli qızıl mədən şirkətinin işçilərini daşıyan 50-dən çox evi və avtobusları əhatə edib.

Xəbər xətti