Braziliya Qayana ilə sərhədə əlavə 2000 hərbçi göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” rəsmiyə istinadən məlumat yayıb.
Bildirilir ki, Rorayma ştatında motoatıcı, zirehli texnika və artilleriya qoşunlarının sayı demək olar ki, üç dəfə artıb. Mənbə qeyd edib ki, 2 min hərbçi sərhəddə patrul xidmətinə kömək edəcək.