Ukrayna hüquq-mühafizə orqanları Ali Radanın keçmiş deputatını və onun bir sıra şəriklərini dövlətə 1 milyard qrivna (təxminən 26,6 milyon dollar) ziyan vurmaqda ittiham edib.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Korrupsiyaya qarşı mübarizə üzrə Milli Bürosu, İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Audit Xidmətinin materialları əsasında keçmiş xalq deputatına, onun biznes şərikinə və onların dörd ortağına qarşı ittiham irəli sürüb” - məlumatda deyilir.
Məlumatına görə, müttəhimlər iş adamı Sergey Kurçenkonun strukturlarından dövlət tərəfindən ordunun ehtiyaclarına getməli olan 97 min ton neft məhsulunu qanunsuz olaraq mənimsəyib satıblar.