İspaniyada fermerlər ölkənin müxtəlif yerlərində etiraz aksiyaları keçirir və magistral yollarda nəqliyyatın hərəkətini bağlayırlar.
Ucnoqta.az xəbər verir ki, bunu Yol Hərəkətinin Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Nümayişlər Kataloniya, Madrid, Navarra, Rioja və digər bölgələrdə keçirilir. Daha əvvəl müddətsiz tətil elan edən yükdaşıyanlar da fermerlərə qoşulub. Fermerlər, aksiyaların önümüzdəki həftələrdə də davam edəcəyini açıqladılar.
Fevralın 6-da İspaniyada etirazlar başlayıb.