İsrail hərbçiləri 17 fələstinlini saxlayıb

15:47 - 12 Fevral 2024 - DÜNYA

İsrail təhlükəsizlik qüvvələri fevralın 12-nə keçən gecə İordan çayının qərb sahilində antiterror reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 17 fələstinlini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“IDF, Şin Bet və Sərhəd Polisi qüvvələri bu gecə Yəhudeya və Samariyada terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək axtarışda olan 17 nəfəri saxlayıblar”, - deyə məlumatda bildirilir.

Xəbər xətti