Xaçmazın baş həkimi vəfat edib

15:43 - 12 Fevral 2024 - ÖLKƏ İÇİ

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov vəfat edib.

"Report"un məlumatına görə, o, kəskin ürək çatışmazılığı səbəbilə həyatını itirib.

Qeyd edək ki, Abasov Lətif Bahadır oğlu 13.09.1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb. 2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən etibarən baş həkim vəzifəsini icra edib.

Xəbər xətti