Ukraynanın xarici işlər naziri Dmitri Kuleba gəzinti zamanı “iri yad itin” hücumuna məruz qaldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kuleba İnstaqram hesabında yazıb:
“Qapağı olmadan gəzdirilən böyük bir it gəzinti zamanı ailəmə və eyni zamanda mənə də hücum etdi”.
O, posta dişləmə izləri olan qanlı ayağın fotosunu əlavə edib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, onun bir neçə iti var.