İsrail aviasiyası Qəzza zolağının Misirlə həmsərhəd, anklavın cənubunda yerləşən ərazilərinə zərbələr endirməkdə davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, Rəfəhdə bombalanan bəzi dağılmış evlərə təcili yardım maşınları hələ çata bilmir. İlkin məlumata görə, 100 nəfər həlak olub, 230-dan çox insan yaralanıb, onların əksəriyyəti qadın və uşaqlardır.
İsrail aviasiyası Xan Yunis şəhərinin cənubundakı ərazilərə də zərbələr endirib.