Stubb Finlandiyada keçirilən prezident seçkilərində qalib gəlib

00:14 - 12 Fevral 2024 - DÜNYA

Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səslərin 100 faizinin hesablanmasından sonra Stubb 51,6 faizlə öndədir, keçmiş xarici işlər naziri və parlamentin üzvü Pekka Haavisto 48,4 faiz səs toplayıb. Seçkilərdə 67,6 faiz iştirak edib.

Xəbər xətti