ABŞ Senatı prosedur səsverməsi zamanı Ukrayna və İsrailə yardım layihəsini dəstəkləyib.
Ucnoqta.az xəbər verir ki, bu, Konqresin yuxarı palatasının iclasının C-Span televiziyasında yayımında bildirilib.
Qanunvericilərin üçdə ikisindən çoxu qanun layihəsinin irəliləməsini dəstəklədiyini bildirib ki, bu da baxılmanın növbəti mərhələsinə keçmək üçün kifayətdir. Layihə üzrə yekun səsvermənin tarixi açıqlanmayıb.