ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Ucnoqta.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Baydenin görüşdə ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyini təsdiqlədiyi, Qəzza zolağında əsirlərin azad edilməsi üçün davam edən səylərin müzakirə edildiyi bildirilib. Açıqlamada Baydenin Netanyahuya danışıqlarda əldə edilən irəliləyişlərin bütün əsirlərin bir an əvvəl azad edilməsi üçün istifadə edilməsi lazım olduğu dediyi ifadə edilib.